Kamboca Tailanddan sərhəd bölgələrindən qoşunlarını çıxarmağı tələb edir
Kamboca hökumətindən bildirilib ki,27 dekabrda əldə olunan atəşkəs razılaşmasından sonra Tailand qoşunları bir neçə mübahisəli sərhəd ərazisini tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kamboca Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanıb ki, Tailand qüvvələri qanuni sərhədlərə uyğun mövqelərə qaytarılmalıdır. Həmçinin sərhəd ərazilərində hərbi fəaliyyətin dayandırılması, mövcud razılaşmalara, Ümumi Sərhəd Komitəsinin səlahiyyətlərinə və beynəlxalq hüquqa hörmət çağırışı edilib.
Tailand tərəfi isə bu iddiaları qəbul etməyərək, qoşunların yalnız Tailanda məxsus ərazilərdə yerləşdiyini açıqlayıb.
Qeyd edək ki, 27 dekabr 2025-ci ildə tərəflər sərhəddə gərginliyin azaldılması barədə razılığa gəliblər.
Fatimə Məmmədova
21:50 03.01.2026
Oxunuş sayı: 3873