Lavrov və Venesuela vitse-prezidenti gərginliyin artmasının qarşısının alınmasını müzakirə ediblər
Yanvarın 3-də Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Venesuela Bolivar Respublikasının icraçı vitse-prezidenti Delsi Rodriges arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Venesuela ətrafında vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və yaranmış böhranın dialoq yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər.
Bəyanatda qeyd olunur ki, Sergey Lavrov silahlı təcavüz təhlükəsi fonunda Venesuela xalqı ilə Rusiyanın güclü həmrəyliyini ifadə edib. O, Moskvanın Venesuelada sabitliyin qorunmasına və vəziyyətin sülh yolu ilə nizamlanmasına önəm verdiyini vurğulayıb.
Həmçinin bildirilib ki, Rusiya Bolivar hökumətinin ölkənin suverenliyini və milli maraqlarını qorumağa yönəlmiş siyasi kursunu dəstəkləməyə davam etmək niyyətindədir.
Səriyyə Tağıyeva
19:32 03.01.2026
Oxunuş sayı: 3947