Tramp: Pis hava şəraiti səbəbindən Venesuelada planlaşdırılan əməliyyat təxirə salınıb
ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də açıqlama verərək bildirib ki, Vaşinqton bir neçə gün əvvəl Venesuelada əməliyyat keçirməyi planlaşdırıb, lakin əlverişsiz hava şəraiti bu planların təxirə salınmasına səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, əməliyyat üçün bütün hazırlıqlar görülsə də, təhlükəsizlik və texniki risklər nəzərə alınaraq qərar dəyişdirilib.
ABŞ prezidenti əməliyyatın məqsədi və mümkün yeni tarixlə bağlı əlavə detalları açıqlamayıb.
Səriyyə Tağıyeva
18:31 03.01.2026
Oxunuş sayı: 4546