Ərdoğan: Rusiya–Ukrayna müharibəsi Qara dənizdə ticarət üçün təhlükə yaradır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə ticarətə ciddi risklər yaratdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan bu fikirləri 2025-ci il üzrə ixrac göstəricilərinə həsr olunmuş hesabat tədbirində səsləndirib.
Prezident qeyd edib ki, dörd ildir davam edən müharibə yüz minlərlə insanın həlak olmasına, yaralanmasına və evsiz qalmasına səbəb olub. Onun sözlərinə görə, münaqişə artıq regional ticarət təhlükəsizliyini təhdid edən mərhələyə çatıb.
Ərdoğan vurğulayıb ki, Türkiyə Qara dənizdə ticarətin təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görür və müharibənin ədalətli sülh yolu ilə başa çatmasının tərəfdarıdır.
Nigar Yahyazadə
17:39 03.01.2026
Oxunuş sayı: 4363