ABŞ Dövlət Departamenti: Maduro cinayətlərinə görə ədalət qarşısına çıxacaq
ABŞ dövlət katibinin müavini Kristofer Landau Venesuela prezidenti Nikolas Maduronun törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Landau bu barədə X sosial şəbəkəsində paylaşım edərək bildirib: “Venesuela üçün yeni bir dövr başlayır. Tiran getdi. İndi isə o, nəhayət, törətdiyi cinayətlərə görə ədalət qarşısına çıxacaq”.
Günel Verdiyeva
16:20 03.01.2026
Oxunuş sayı: 2897