Machado: Müxalifət Venesuelanı idarə etməyə hazırdır
Venesuelanın tanınmış müxalifət lideri və 2025-ci il Nübel Sülh Mükafatı laureatı Maria Korina Machado bildirib ki, ölkənin müxalifət qüvvələri dövlət idarəçiliyini üzərlərinə götürməyə hazırdırlar.
Bu barədə Crossmedia.az Bloomberg tərəfindən verilən açıqlamaya istinadən xəbər verir.
Machado mükafatı alaraq beynəlxalq səviyyədə Venesuelada demokratik dəyişikliklər uğrunda apardığı mübarizəyə görə tanınıb. O, illərdir ölkədəki iqtisadi, sosial və siyasi böhran şəraitində insan hüquqlarının müdafiəsi və sülh yolu ilə hakimiyyətin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir.
“Biz hazırıq. Müxalifət qüvvələri Venesuelanı idarə etməyə və vətəndaşlarımız üçün sabit və ədalətli gələcək qurmağa qadir olduğunu göstərməyə hazırdır,” – Machado Bloomberg-ə açıqlamasında deyib.
Mehriban İbrahimli
16:15 03.01.2026
Oxunuş sayı: 3230