ABŞ-nin Venesueləyə zərbələri Kremlin ideoloqunda isteriya yaratdı
Kremlin filosofu və ideoloqu Aleksandr Dugin ABŞ-ın Nikolas Maduronun tutulması və Venesueləyə zərbələr endirməsi xəbərləri fonunda sərt bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Duginin sözlərinə görə, baş verənlər rus ictimaiyyətində bir sual doğurur: niyə Moskva Vaşinqton kimi öz rəqiblərinə qarşı belə sərt davranmır?
“Bütün Rusiya indi sual edir: niyə biz düşmənlərimizlə eyni cür davranmırıq? Bu artıq arxada gizli razılaşmalarla izah edilə bilməz. Ukrayna terrorunun konkret məsul şəxsləri var, onların əllərində rus uşaqlarının qanı var. Niyə onlar hələ də sağdır və azaddır, sanki heç nə olmayıb - bu, başa sığmır,” - deyə Dugin bildirib.
Sevinc Yarməmmədova
16:10 03.01.2026
Oxunuş sayı: 3236