Tramp Venesuelaya qarşı zərbələrin uğurla həyata keçirildiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və ölkə Prezidenti Nikolas Maduraya qarşı genişmiqyaslı zərbəni uğurla həyata keçirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tramp əlavə edib ki, Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb və əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub.
ABŞ Prezidenti zərbə ilə bağlı ətraflı məlumatın bu gün saat 11:00-da Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında açıqlanacağını bildirib.
Nəzrin Abbas
16:00 03.01.2026
Oxunuş sayı: 3333