Maduro tutularkən ABŞ hərbçilərindən xahişi nə olub?
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores ABŞ hərbçiləri tərəfindən rəsmi iqamətgahdan deyil, şəxsi malikanələrindən birində saxlanılıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Maduro və xanımı paytaxt Karakasdan kənarda yerləşən malikanədə az adamın bildiyi bir yerdə olublar və bir gün sonra yerlərini dəyişməyi planlayırdılar. Ani hücum bu planı pozub.
Saxlanılma zamanı Maduro xanımının azad edilməsini xahiş edib və özü könüllü şəkildə onlarla getməyə razılıq verib, lakin əməliyyatçılar bu xahişi yerinə yetirməyiblər.
Nəzrin Abbas
15:35 03.01.2026
Oxunuş sayı: 4305