Almaniyada bank soyğununda itkilər 100 milyon avronu keçdi
Almaniyanın Şimal Reyn-Vestfaliya əyalətində Noel bayramı dövründə baş verən bank soyğununda soyğunçuların oğurladığı pul və qiymətli əşyaların ümumi dəyəri 100 milyon avronu keçib.
Crossmedia.az NTV-yə istinadən xəbər verir ki, əvvəlki ilkin hesablamalarda bu məbləğ 30 milyon avro göstərilib.
Belə ki, soyğunçular 2 500 müştərinin 3 250 şəxsi kassasını xüsusi alətlə açaraq pul, qızıl, zərgərlik əşyaları və səhm sertifikatlarını ələ keçiriblər.
Ən çox zərər çəkənlərin əsasən miqrant icmasından olduğu, o cümlədən 100-150 türk vətəndaşının şəxsi kassalarındakı əşyalarının oğurlandığı bildirilib.
Qeyd edək ki, zərərçəkənlər
arasında bir WhatsApp qrupu yaradılıb və artıq min nəfər üzv qeydiyyatdan keçib.
Fatimə Məmmədova
15:32 03.01.2026
Oxunuş sayı: 2978