ABŞ senatoru: Vaşinqtonun Venesuelada əlavə hərbi addımlar atması gözlənilmir
ABŞ-nin adının açıqlanmasını istəməyən senatoru,dövlət katibi Marko Rubioya istinadla bildirib ki, Vaşinqtonun Venesuela istiqamətində yaxın zamanda yeni hərbi və ya sərt addımlar atması gözlənilmir.
Crossmedia.az xəbər verir ki,senatorun sözlərinə görə, hazırkı mərhələdə ABŞ administrasiyası vəziyyəti diqqətlə izləyir və diplomatik kanallar vasitəsilə prosesləri idarə etməyə üstünlük verir. O qeyd edib ki, regionda gərginliyin daha da artması nə ABŞ-ın, nə də beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir.
Məlumata görə, Vaşinqton Venesueladakı vəziyyətlə bağlı müttəfiqləri ilə məsləhətləşmələri davam etdirir və mümkün ssenarilər qiymətləndirilir. Bununla belə, senator vurğulayıb ki, hazırda hərbi əməliyyatların genişləndirilməsi və ya yeni addımların atılması gündəmdə deyil.
Qeyd edək ki, son günlər ABŞ–Venesuela münasibətləri ətrafında yayılan xəbərlər beynəlxalq mediada geniş müzakirə olunur və rəsmi açıqlamalar diqqətlə izlənir.
Nastya Qəniyeva
15:28 03.01.2026
Oxunuş sayı: 4602