Cənubi Yəməndə müstəqillik referendumu planlaşdırılır
Yəmənin cənubunda nəzarəti əlində saxlayan və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurası (CKŞ) iki illik keçid prosesinin başladığını elan edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şura bu addımın “Cənubi Yəmən xalqının öz müqəddəratını təyin etmə hüququna uyğun” atıldığını bildirib.
Məlumata görə, keçid dövrünün sonunda region əhalisi bu hüququ müstəqilliklə bağlı referendum vasitəsilə həyata keçirə biləcək. Referendumun keçirilməsi Cənubi Yəmənin gələcək siyasi statusunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Mehriban İbrahimli
15:22 03.01.2026
Oxunuş sayı: 3011