ABŞ Senatı məlumatlandırılmayıb: Venesuela ətrafında gərginlik artır
ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi Venesuelaya qarşı mümkün hərbi əməliyyatlar barədə əvvəlcədən məlumatlandırılmayıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp administrasiyasının rəsmiləri Konqresin müvafiq komitələrini Venesuela ərazisinə mümkün quru zərbələri barədə əvvəlcədən məlumatlandırmaq öhdəliyini üzərlərinə götürməyiblər. Halbuki bir sıra qanunvericilər hərbi əməliyyatlara başlanmazdan əvvəl Konqresin məlumatlandırılmasının vacib olduğunu israrla bildiriblər.
Ağ Ev Venesuela ilə bağlı rəsmi bəyanatı ABŞ hərbi qüvvələri ölkənin hava məkanını tərk etdikdən sonra açıqlamağı planlaşdırır.
Eyni zamanda, Karakasda partlayışlar artıq dayanıb. Bununla belə, ABŞ-a məxsus hərbi təyyarələr hələ də Venesuela üzərində havada qalmaqda davam edir.
Hadisələr regionda gərginliyin artdığı bir dövrdə baş verir və ABŞ Konqresi ilə Ağ Ev arasında hərbi qərarların qəbul edilməsi mexanizmi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. ABŞ rəsmilərinin Venesuela ilə bağlı növbəti addımlarının yaxın saatlarda rəsmi açıqlamalarla dəqiqləşəcəyi gözlənilir.
Nastya Qəniyeva
15:10 03.01.2026
Oxunuş sayı: 3387