ABŞ Maduronun həbsinə səbəb olacaq məlumat üçün 50 milyon dollar mükafat təyin etmişdi
ABŞ hakimiyyəti bu yay Venesuelanın prezidenti Nikolas Maduroya qarşı kəskin addım atıb. Dövlət Departamenti bildirib ki, Maduroya dair məlumat verən və onun həbsinə səbəb olacaq şəxslərə 50 milyon dollar mükafat veriləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Mükafat həm ABŞ vətəndaşlarına, həm də xaricdə yaşayan şəxslərə şamil olunur. ABŞ-ın açıqlamasında bu təşəbbüsün məqsədinin Maduroya qarşı cinayət məsuliyyətini təmin etmək, həmçinin Venesuela siyasətindəki gərginliyi artırmaq olduğu vurğulanır.
Sevinc Yarməmmədova
15:03 03.01.2026
Oxunuş sayı: 3265