ABŞ-nin Venesuelaya endirdiyi zərbələr nəticəsində ölənlər və yaralananlar var
ABŞ tərəfindən Venesuela ərazisinə endirilən hərbi zərbələr nəticəsində ölən və xəsarət alanlar var. Hazırda həlak olanların və yaralananların dəqiq sayı müəyyənləşdirilməyib, qiymətləndirmə prosesi davam edir.
Bu barədə Crossmedia.az "The New York Times" nəşrinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata əsasən, zərbələrdən sonra bir neçə bölgədə partlayış səsləri eşidilib, fövqəladə xidmətlər hadisə yerlərinə cəlb olunub. Yerli mənbələr itkilərin əsasən mülki əhali arasında olduğunu bildirir, lakin rəsmi qurumlar hələlik bu məlumatı dəqiqləşdirməyib.
Venesuela rəsmiləri baş verənləri ölkənin suverenliyinə qarşı hərbi müdaxilə kimi qiymətləndirir və beynəlxalq ictimaiyyətə çağırış ediblər. ABŞ tərəfi isə əməliyyatla bağlı ətraflı açıqlama verməyib.
Hazırda vəziyyət gərgin olaraq qalır.
Mehriban İbrahimli
14:58 03.01.2026
Oxunuş sayı: 3177