Əli Xameneyi Trampın təhdidlərinə cavab verib
İranın ali rəhbəri Əli Xameneyi ABŞ prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Xameneyi bu gün “X” sosial şəbəkəsindəki paylaşımında İranın təzyiq və ultimatumlara boyun əyməyəcəyini vurğulayıb.
O qeyd edib ki, xaricdən iradə qəbul etdirməyə yönəlmiş cəhdlərə qətiyyətlə müqavimət göstəriləcək. Xameneyinin sözlərinə görə, düşmənin ölkəyə, hakimiyyətə və xalqa təzyiq göstərmək cəhdləri qarşısında İran geri çəkilmək niyyətində deyil.
Ali rəhbər əlavə edib ki, İran Allaha və xalqın dəstəyinə arxalanaraq bu təzyiqlərə qarşı duracaq və mövqeyini qoruyacaq.
Nəzrin Abbas
14:56 03.01.2026
Oxunuş sayı: 3056