İranda bir neçə şəhərdə kütləvi etiraz aksiyaları keçirilib
Dünən İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları baş tutub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, aksiyalarda iştirak edən vətəndaşlar ictimai və siyasi narazılıqlarını ifadə ediblər.
Etirazçılar Ali rəhbər Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər. Sosial mediada yayılan görüntülərdən görünür ki, aksiyalar bir neçə şəhərin mərkəzi küçələrində keçirilib.
Paylaşılan məlumatlarda təhlükəsizlik qüvvələrinin etirazlara müdaxilə etdiyi də qeyd olunur. Hadisələrlə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
Nəzrin Abbas
14:23 03.01.2026
Oxunuş sayı: 2870