Venesuela müxalifəti: Maduro əməliyyatı ABŞ ilə razılaşdırılıb
Bu gecə həyata keçirilən əməliyyat Prezident Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirilməsini nəzərdə tutub və bu proses Maduro ilə ABŞ arasında razılaşdırılmış çıxış planının bir hissəsi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Venesuela müxalifətinə yaxın mənbələr Sky News-ə məlumat yayıb.
Plan hakimiyyətin sülh yolu ilə ötürülməsi və ölkədə yaranmış siyasi böhranın nəzarət altına alınması məqsədi daşıyıb. Qeyd olunur ki, rəsmi Karakas və Vaşinqton hələlik bu iddialarla bağlı açıqlama verməyib.
Türkan Kərimli
14:22 03.01.2026
Oxunuş sayı: 4732