Venesuelanın vitse-prezidenti Delsi Rodriges təhlükəsiz vəziyyətdədir
Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin təhlükəsizliyi təmin olunub və onun həyatına hər hansı bir təhlükə yoxdur.Ölkədə artan hərbi-siyasi gərginlik fonunda yüksək vəzifəli rəsmilərin təhlükəsizliyi gücləndirilib.
Crossmedia.az xəbər verir ki,məlumata əsasən, Delsi Rodriges dövlət strukturlarının nəzarəti altındadır və onun harada olduğu barədə dəqiq məlumatlar açıqlanmır. Rəsmi Karakas hələlik məsələ ilə bağlı geniş şərh verməsə də, hakimiyyət nümayəndələri ölkə rəhbərliyinin və əsas dövlət fiqurlarının təhlükəsizliyinin tam təmin edildiyini vurğulayırlar.
Qeyd edək ki, son günlər Venesuela ətrafında beynəlxalq gərginliyin artması, ABŞ-la münasibətlərin kəskinləşməsi və mümkün hərbi ssenarilər barədə yayılan xəbərlər fonunda ölkənin siyasi rəhbərliyi xüsusi diqqət mərkəzindədir. Delsi Rodriges isə prezident Nikolas Maduronun ən yaxın siyasi müttəfiqlərindən biri hesab olunur və hökumətin əsas simalarındandır.
Nastya Qəniyeva
14:10 03.01.2026
Oxunuş sayı: 2768