Venesuela müdafiə naziri ABŞ-ni hərbi təcavüzdə ittiham edib
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes videomüraciətində ölkəsinin ABŞ tərəfindən hərbi hücuma məruz qaldığını bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, hücum bu gün, 3 yanvar 2026-cı il səhər saatlarında baş verib.
Nazir Venesuela xalqını müqavimətə çağıraraq qələbəyə inanclarını ifadə edib.
Qeyd edək ki, daha əvvəl Sky News Arabia ABŞ zərbələrinin nazirin evinə endirildiyini və onunla əlaqənin kəsildiyini bildirib. Bəzi KİV-lər nazirin öldüyü barədə məlumatlar yayıb.
Nəzrin Abbas
14:01 03.01.2026
Oxunuş sayı: 3386