Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb
Naməlum yük daşıyan Rusiya hərbi yük təyyarəsi bir neçə dəfə Gürcüstan hava məkanından tranzit olaraq İrana uçuşlar edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Belarusun RubyStar aviaşirkətinə məxsus İL-76 dekabrın 29-da Mineralnye Vodıdan Tehran istiqamətində havaya qalxıb və təxminən iki saat sonra eniş edib.
Növbəti iki gündə daha beş uçuş qeydə alınıb, lakin marşrut və vaxtla bağlı dəqiq məlumat yoxdur. Bu, Rusiyanın İrana mümkün hərbi yardımı və Gürcüstanın tranzit ölkəsi rolunu gündəmə gətirib.
Gürcüstan Mülki Aviasiya Agentliyi isə şərh verərək bu uçuşların standart tranzit sivil uçuşlar olduğunu və beynəlxalq qaydalar çərçivəsində həyata keçirildiyini bildirib. İL-76 təyyarəsi 50 tona qədər yük daşıya bilir və əvvəllər silah daşımaları üçün istifadə olunub, bu da regionda gərginlik artdığı bir vaxtda marağı artırır.
Nigar Yahyazadə
13:07 03.01.2026
Oxunuş sayı: 2894