Daha bir azərbaycanlı Rusiya–Ukrayna müharibəsində həlak olub
Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib. Rusiya ordusunda xidmət edən Emin İmanov Ukrayna ərazisində gedən döyüşlər zamanı həlak olub.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Emin İmanov Yaroslavl vilayətinin Mışkino şəhərində yaşayıb. Onun nəşi dəfn olunması üçün Azərbaycana göndərilib.
Türkanə Məşədiyeva
13:15 03.01.2026
Oxunuş sayı: 3324