Tramp Çikaqo qubernatorunu tənqid etdi: Hər şey nəzarətdədir
ABŞ Prezidenti Donald Tramp İllinoys qubernatoru Cey Bi Pritzkeri tənqid edərək onun siyasətini lağa qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, o sosial şəbəkədə paylaşdığı şəkildə Pritzker əlində burger və “Çikaqo köməyə ehtiyac yoxdur. Hər şey nəzarətdədir” yazılı lövhə tutub. Arxasında isə yanğın, evsizlər düşərgəsi və talan görünür. Tramp bu paylaşımı ilə Pritzkerin Milli Qvardiyanı Çikaqodan çıxarmaq qərarına reaksiya verib.
Xatırladaq ki, Tramp əvvəllər Çikaqonu “dünyanın ən təhlükəli və pis şəhəri” adlandırıb, qubernatoru isə “çirkin və səhlənkar” kimi təsvir etmişdi.
Fatimə Məmmədova
13:30 03.01.2026
Oxunuş sayı: 3120