Naftali Bennet İran xalqına çağırış etdi: “İran yenidən azad olacaq”
İsrailin sabiq baş naziri, mühafizəkar siyasətçi və Knesset üzvü Naftali Bennet İran xalqına müraciət edib. O, çıxışında İranın zəngin tarixinə və fars mədəniyyətinə xüsusi vurğu edərək, yəhudi xalqının İran xalqına “vəfa borcu” olduğunu bildirib.
Crosmmedia.az xarici mediaya istinadən xəbər verir.
Bennet qeyd edib ki, dahi fars sərkərdəsi Kiros yəhudi xalqını xilas edib və Davud məbədinin yenidən inşasına imkan yaradıb. Onun sözlərinə görə, Kiros və Darius yəhudi xalqı üçün müqəddəs şəxsiyyətlərdir və İran xalqı bu gün həmin irsin daşıyıcısıdır.
Sabiq baş nazir İranın azad olmalı olduğunu vurğulayaraq, iranlıları mövcud molla rejiminə qarşı meydanlara çıxmağa çağırıb. Bennet bildirib ki, İran xalqının Kiros mirasına sahib çıxacağına inanır.
O, həmçinin fars mədəniyyətinə hörmət etdiklərini və bu mədəniyyətin yenidən regiona sülh gətirə biləcəyini deyib: “Böyük və zəngin fars mədəniyyəti yenidən regiona sülh gətirəcək. İran yenidən azad olacaq”.
19:10 01.01.2026
Oxunuş sayı: 2741