Tramp və Zelenski Ukrayna üzrə danışıqların nəticələrini açıqlayıb
- ABŞ prezidenti Donald Trampın açıqlamaları:
- Zelenski ilə görüşün çox uğurlu keçdiyini, tərəflərin Ukrayna üzrə nizamlanmaya çox yaxınlaşdıqlarını bildirib.
- Trampın sözlərinə görə, Vladimir Putin Ukraynanın uğurlu olmasını istəyir və bunun üçün çox iş görür. O, Putinlə bu mövzuda danışdığını və Rusiyanın Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu, Putinin isə “çox böyük səxavət” nümayiş etdirdiyini deyib.
- Ukrayna münaqişəsində ərazi məsələsinin hələ də tam həll olunmadığını vurğulayıb.
- Razılaşma üzrə 1–2 ən çətin məsələnin hələ açıq qaldığını bildirib.
- Təmas xətti ilə bağlı məsələlərin razılaşdırılmadığını, lakin tərəflərin razılaşmaya yaxınlaşdıqlarını qeyd edib.
- Bazar günü keçirilən danışıqlarda Ukrayna üzrə nizamlanma məsələlərinin 95%-i üzrə razılıq əldə olunduğunu açıqlayıb.
- Ukrayna ilə bağlı sazişin tələsik bağlanmasına çağırıb, əks halda yaxın aylarda əlavə ərazi itkilərinin baş verə biləcəyini deyib.
- Qalan məsələlərin yaxın həftələrdə həll olunacağına ümid etdiyini bildirib.
- Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əsas hissəsini Avropanın üzərinə götürəcəyini, ABŞ-nin də dəstək verəcəyini deyib.
- Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamaları:
- - Yaxın həftələrdə nizamlanma məsələlərinin yekunlaşdırılması üçün yeni danışıqların keçiriləcəyini bildirib.
- - Sülh planının bəzi bəndləri üzrə referendumun keçirilməsini mümkün saydığını deyib.
- - ABŞ ilə Ukrayna arasında təhlükəsizlik zəmanətlərinin 100% razılaşdırıldığını, Avropa ilə üçtərəfli zəmanətlərin isə “demək olar ki”, razılaşdırıldığını açıqlayıb.
- Günel Verdiyeva
09:36 29.12.2025
Oxunuş sayı: 3075