ABŞ bu ölkə ilə müharibə mövzusunu müzakirə edib
ABŞ administrasiyası miqrantların, xüsusilə də Venesueladan olan qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirmək üçün müxtəlif ssenariləri, o cümlədən Venesuela ilə mümkün hərbi qarşıdurma variantını nəzərdən keçirib.
Crossmedia az xəbər verir ki,məlumata əsasən, bu cür müzakirələr rəsmi siyasət kimi qəbul edilməsə də, Vaşinqtonda daxili müzakirələr çərçivəsində gündəmə gətirilib. Məqsəd ABŞ ərazisində olan və geri qaytarılması çətinlik yaradan miqrantların deportasiyası üçün hüquqi və siyasi mexanizmləri genişləndirmək olub.
NYT qeyd edir ki, Venesuela hakimiyyəti uzun müddətdir deportasiya olunan vətəndaşlarını qəbul etməkdən imtina edir və ya bu prosesi ləngidir. Bu da ABŞ-nin miqrasiya orqanları üçün ciddi problem yaradır. Nəticədə administrasiya təzyiq vasitələri kimi diplomatik, iqtisadi və hətta hərbi variantları müzakirə mövzusuna çevirib.
Mənbələrin bildirdiyinə görə, Venesuela ilə müharibə ehtimalı real plan kimi deyil, daha çox nəzəri ssenari və təzyiq aləti kimi dəyərləndirilib. Rəsmi Vaşinqton isə məsələ ilə bağlı açıq şərh verməyib.
Qeyd edək ki, ABŞ-da miqrasiya və deportasiya siyasəti son illər siyasi mübahisələrin mərkəzində yer alır və xüsusilə Latın Amerikasından gələn miqrantlarla bağlı qərarlar cəmiyyətdə geniş rezonans doğurur.
Nastya Qəniyeva
10:00 28.12.2025
Oxunuş sayı: 1298