Əfqanıstanlı general Tehranda sui-qəsd qurbanı oldu
Tehranda Əfqanıstanın Təxar əyalətinin keçmiş polis komandanı, general Əkrəməddin Səriyə qarşı silahlı terror hücumu təsdiqlənib. General dekabrın 24-də evinə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən açılan atəş nəticəsində həlak olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əfqanıstan Milli Müqavimət Cəbhəsinin Siyasi Komitəsinin sədri Əli Meysəm Nəzəri hadisəni “açıq cinayət” adlandıraraq, general Sarinin uzun illər Əfqanıstan xalqının təhlükəsizliyi üçün çalışdığını və onun ölümünün ölkə üçün böyük itki olduğunu bildirib.
Nəzərinin sözlərinə görə, bu sui-qəsd “Taliban”ın yalnız Əfqanıstan daxilində deyil, ölkə hüdudlarından kənarda da müxalif fiqurları hədəf alma siyasətinin davam etdiyini göstərir. O, vurğulayıb ki, bu cür hücumlar bölgədə qeyri-sabitliyin və təhlükəsizlik təhdidlərinin artmasına xidmət edir.
18:21 25.12.2025
Oxunuş sayı: 3387