Aşqabadda Qurbanqulu Berdiməhəmmədovun kitabının Azərbaycan dilində təqdimatı keçirilib
Türkmənistanın paytaxtı Aşqabadda ölkənin sabiq Prezidenti, hazırda Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun kitabının Azərbaycan dilində nəşr olunmuş versiyasının təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki,tədbirdə Türkmənistandakı Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov da iştirak edib. Təqdimat mərasimində çıxış edən iştirakçılar bu nəşrin Azərbaycan oxucularına türkmən xalqının zəngin mənəvi və mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradacağını bildiriblər.
Qeyd olunub ki, bu cür təşəbbüslər iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun daha da dərinləşməsinə töhfə verir
Təqdim olunan kitab Qurbanqulu Berdiməhəmmədovun türkmən xalqının tarixi, adət-ənənələri və milli dəyərləri barədə düşüncələrini əks etdirir. Mərasimdə çıxış edənlər əsərin Azərbaycan dilinə tərcüməsinin yüksək səviyyədə həyata keçirildiyini və geniş oxucu auditoriyası üçün maraqlı olacağını vurğulayıblar.
Nastya Qəniyeva
12:05 23.12.2025
Oxunuş sayı: 1133