Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib
Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
Crossmedia.az xəbər verir ki, İlk olaraq, Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Mustafa Mehmandarov) və solist Məhəmmədəli Paşazadə (klarnet) çıxış ediblər.
Musiqili gecədə Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adagio”, Azər Dadaşovun “Babək” baletindən fraqmentlər, Nazim Əliverdibəyovun klarnet və orkestr üçün “Elegiya” əsəri, eləcə də Fikrət Əmirovun “Nəsimi haqqında dastan”ı səsləndirilib.
Anım tədbiri dahi liderin xatirəsinə ehtiram və minnətdarlığın ifadəsi olaraq dinləyicilərə təsirli və vətənpərvər ruhlu musiqi gecəsi yaşadıb.



23:40 12.12.2025
Oxunuş sayı: 1273