Türkoloji qurultay bizim üçün çox qutsaldır - TÜRKSOY-un baş katibi
Türk dünyasının mədəni və elmi birliyinin inkişafında mühüm mərhələ sayılan Türkoloji Qurultay, ümumtürk kimliyinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu qurultay təkcə dil, ədəbiyyat və tarix sahəsində deyil, həm də türk xalqları arasında mənəvi və ideoloji birliyin güclənməsi istiqamətində strateji platforma rolunu oynayır. Məhz bu məqsədlə Prezident İlham Əliyev 2026-cı ildə Bakıda keçiriləcək Türkoloji Qurultayın yüksək səviyyədə təşkili ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qurultayın Azərbaycan elminin, xüsusən də türkoloji tədqiqatların beynəlxalq nüfuzunun artırılması, ortaq türk irsinin sistemli şəkildə öyrənilməsi və təbliği baxımından əhəmiyyətlidir.
TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycanda keçiriləcək Türkoloji qurultayın 100 illiyi ilə bağlı Crossmedia.az-a münasibətini bildirib:
"2026-cı ildə Azərbaycanda Türkoloji qurultayın 100 illiyi keçiriləcək. Bu bizim üçün çox önəmli tarixdir. Həmçinin qutsal bir qurultaydır. Biz bu qurultayla bağlı çox işlər görəcəyik. Türkoloji qurultaya türk dünyasından gələn çox saylı insanlar var idi ki, onlar repressiya qurbanı oldular. Bununla bağlı böyük çalışmalar ortaya qoyacağıq və 2026-cı ildə çox geniş fəaliyyət göstərəcəyik".
Ayhan
15:29 05.11.2025
Oxunuş sayı: 1984