Əbu-Dabi görüşündən sonra sülh müqaviləsi imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub.
Görüşdə həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü də Əbu-Dabi görüşünü AZXEBER.COM üçün şərh edib.
Siyasi şərhçi qeyd edib ki, bu görüşü müsbət qiymətləndirir:"Artıq iki tərəf özü bu prosesi gerçəkləşdirir, idarə edir, prosesi irəli aparır. Bu tərəflər Azərbaycan və Ermənistandır. Və bu mənada bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu format davam edə bilər və hətta davam etməlidir. Yalnız bu şərtlərdə biz nəticə əldə edə bilərik. Yəni, sülh sazişi, sərhədlərin müəyyənləşdirməsində yaranan problemlərin həlli, Zəngəzur dəhlizi və digər məsələlərdə biz irələyiş əldə edə bilərik.
Hətta mən düşünürəm ki, biz gələcəkdə Əbu-Dabidə və yaxud da ki, hər hansısa başqa bir neytral sayılan ölkə və şəhərlərlə yanaşı Azərbaycan və Ermənistan arasında olan şərti sərhəddə də görüşə bilərik. İllər əvvəl belə görüşlər də olub. Ümumili lider Heydar Əliyevdə Ermənistan prezident, eks-prezident Köçəryanla görüşmüşdü. Biz Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin də ermənistanlı həmkarı ilə şərti sərhəddə görüşünün şahidi olmuşuq. Yəni, Azərbaycan və Ermənistan rəhbərləri də düşünürəm ki, görüşə bilərlər. Bu da çox gözəl bir presidentin başlanğıcı olar".
Siyasi şərhçi sülh müqaviləsinin nə zaman imzalana biləcəyi haqda da danışıb: "Bu görüşdə qeyd edildi ki, sülh sazışının bəndləri razılaşdırılıb və hazırdır. Biz indi bu sülh sazişının harada, nə vaxt, necə imzalanması məsələsində bir irəlləyişlərin əldə olunacağına gözləyirik. Mətn razılaşdırılsa da, harada imzalanacağı məsələsi dəyiqləşməyib".
Siyasi şərhçi qeyd edib ki, görüşdə Zəngəzur dəhlizinin açılması məsələsi də geniş müzakirə edilib: "Azərbaycan və Ermənistan arasında münasibətlərin qaydaya salınması ilə bağlı problem sayılan məsələlərin həllində də bu görüşün müsbət nəticələrinin olacağı inamındayam. Ən əsas məsələ, təbii ki, Zəngəzur dəhlizli ilə bağlıdır. Mən düşünürəm ki, Zəngəzur dəhlizlinin açılması ilə bağlı nəticə əldə olunması ehtimal yüksəkdir və biz yaxın perspektivdə bunun şahidi ola bilərik.
Ümumiyyətlə, mən hesab edirəm ki, iki tərəfin bu şəkildə görüşməsi, danışması və razılaşması problemlərin həlli istiqamətində müsbət bir məsələdir. Bir daha qeyd edirəm ki, təşkilatçılarsız, vasitəçilərsız görüşün keçirilməsi tərəflər arasında müsbət nəticələrin əldə olunacağına inamı daha da artırır".
13:02 11.07.2025
Oxunuş sayı: 912