Özbəkistan Prezidenti türk dövlətləri üçün "TÜRK-TREYD" adlı vahid ticarət platformasının yaradılmasını təklif edib

Özbəkistan Prezidenti Türkdilli Dövlətlər üçün "TÜRK-TREYD" adlı vahid ticarət platformasının yaradılmasını təklif edib
21 may tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bir sıra iqtisadi təşəbbüslərlə çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, Prezidentin sözlərinə görə, təklif olunan “TÜRK-TREYD” adlı onlayn platforma üzv ölkələr arasında qarşılıqlı ticarətin genişlənməsinə təkan verəcək və təşkilatın ümumi xarici ticarət dövriyyəsində üzv dövlətlərin payını artıracaq.
Bundan əlavə, Mirziyoyev tərəfdaş ölkələri Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə marşrutlarda “vahid pəncərə” və “yaşıl dəhliz” sistemlərinin tətbiqini sürətləndirməyə çağırıb. Onun fikrincə, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi ilə yanaşı bu tədbirlər daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Özbəkistan Prezidenti həmçinin logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb və bu məsələlərin noyabr ayında Daşkənddə keçiriləcək Türk Dövlətlərinin Beynəlxalq Multimodal Nəqliyyat və Logistika Forumunda əsas müzakirə mövzularından biri olacağını bildirib.
Xumar Emilqızı
21:55 21.05.2025
Oxunuş sayı: 2425