Milli Kitabxanada Teatr Günü ilə bağlı sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Bu münasibətilə Milli Kitabxanada “10 Mart - Milli Teatr Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Crossmedia.az bildirir ki, virtual sərgidə “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” Sərəncam, Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yolu, peşəkar milli teatrının yaradılması, Teatr ensiklopediyaları, Teatr antologiyaları, ayrı-ayrı şəhərlərimizdəki sənət ocaqlarının fəaliyyəti və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, kitablar nümayiş olunur.
Virtual sərgi ilə bu linkindən tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub.
Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.
11:15 10.03.2025
Oxunuş sayı: 1118