Füzulidə Uilyam Şekspirin "Maqbet " tamaşasının premyerası olub





Füzuli Dövlət Dram Teatrında 2025-ci ilin repertuarında olan Uilyam Şekspirin "Maqbet " tamaşasının premyerası keçirilib.
Crossmedia.az xəbər verir ki, quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə olan
tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Emin Abışov, Xurşud Babayeva, Gülnar Quliyeva, Şəbnəm Baxışova, Sahilə Abbasova, Şəlalə Nəsirova, Günay Çobanzadə ifa edib.
Tamaşanın mövzusu Şotlandiya cəngavəri Maqbetin xeyir və şərlə mübarizəsindən bəhs edib. Maqbet Şotlandiya düşmənlərinə qalib gəlmiş cəsur cəngavərdir. O, qəhrəmanlığına görə şöhrət qazanıb.
18:30 01.03.2025
Oxunuş sayı: 570