Biləsuvarda yol qəzası olub, ölən var
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Crossmedia.az hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü rayon sakini, 2005-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
18:35 13.11.2026
Oxunuş sayı: 114