"İnsanyönümlü şəhərlər" hakatonunda iştirak üçün 500-dən çox gənc müraciət edib
Hakatonda iştirak üçün 500-dən çox gənc müraciət edib.
Crossmedia.az xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "İnsanyönümlü şəhərlər" hakatonunun mükafatlandırma mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 95 komanda ilkin qeydiyyatdan keçib:
"Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə Memarlıq və Şəhərsalma ili çərçivəsində insanönümlü şəhərlər mövzusunda hakaton təşkil olunub. Ümumilikdə üç gün ərzində təşkil olunan hakatonun bu gün artıq final mərhələsidir. Finala 10 komanda yüksəldi. Bu gün artıq həmin qaliblərin mükafatlandırma mərasimi keçirilir".
Y.Vəliyev bildirib ki, əsas məqsəd gənclərin məhz insanönümlü şəhər ideyasına, ideologiyasına yaxınlaşmaları, bunu gündəlik həyatlarında təbliğ eləmələri və eyni zamanda gənclərin bir ideyadan çıxış etmələridir:
"Əksər gənclər bir-birilərini tanımırlar, amma burada bir komanda oldular. Üç gün ərzində bir ideya uğrunda yola çıxdılar, problemi müəyyənləşdirdilər və sonda onu layihəyə gətirib və bu gün səhnədə onu təqdim etdilər. Məqsədimiz məhz gənclərə bunu aşılamaq idi və inanırıq ki, gənclərimiz ən azı həm bu layihələrində, həm də bundan sonrakı fəaliyyətlərində uğur qazana biləcəklər".
18:02 13.11.2026
Oxunuş sayı: 117