“Microsoft” qlobal nasazlıqdan sonra xidmətlərini bərpa etməyə başlayıb
“Microsoft” şirkəti genişmiqyaslı texniki nasazlığın təsir etdiyi İT infrastrukturunun bir hissəsində bərpa işlərini tamamlayıb. Şəbəkə trafikinin tədricən normal vəziyyətə qayıtdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Microsoft” korporasiyası bu barədə məlumat yayıb.
Şirkətin açıqlamasına görə, nasazlığın təsir etdiyi sistemlərin bir hissəsində bərpa tədbirləri yekunlaşdırılıb və xidmətlərin fəaliyyəti mərhələli şəkildə normallaşır.
Bununla belə, elektron məktubların çatdırılmasında gecikmələr davam edə bilər.
“Microsoft” elektron məktubların çatdırılması üçün gözləmə müddətinin 48 saata qədər uzadıldığını açıqlayıb.
Şirkət texniki problemlərin tam aradan qaldırılması istiqamətində işləri davam etdirir.
17:02 13.11.2026
Oxunuş sayı: 110