Rusiya və ABŞ Ukrayna müharibəsini müzakirə etdi
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda ABŞ rəsmiləri ilə Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Ağ Ev administrasiyasının nümayəndəsinin agentliyə verdiyi məlumata görə, Dmitriyev Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatdırılması məsələsi ilə bağlı danışıqlar aparıb.
Görüşlər zamanı həmçinin gələcəkdə Rusiya və ABŞ arasında enerji sahəsində mümkün birgə təşəbbüslər müzakirə olunub.
18:43 29.09.2026
Oxunuş sayı: 35