Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Daşkəsən, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Şahdağ, İsmayıllı, Xınalıq, Qəbələ, Qax, Qrız, Qusar, Şabran, Xaçmaz, Quba, Xızı, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Ağcabədi, Salyan, İmişli, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.
13:19 29.09.2026
Oxunuş sayı: 53