Dənizdə 2 meyit tapıldı
Şimali Kipr Türk Cümhuriyyətinin Girne sahillərində batan Filo Jet sərnişin gəmisinin axtarışları zamanı iki meyit aşkarlanıb. Onların kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti Baş Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, dənizin dibində axtarış işləri gəminin qalıqlarından təxminən 1 000 metr məsafədə, 570 metr dərinlikdə davam etdirilir. Axtarış zamanı iki nəfərin meyiti tapılıb.
Meyitlərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə DNT testləri aparılır. Nəticələr məlum olduqdan sonra mərhumların ailələrinə məlumat veriləcək.
Baş Nazirlik itkin sərnişinlərin tapılması üçün axtarışların davam etdiriləcəyini bildirib.
15:31 28.09.2026
Oxunuş sayı: 44