Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı qeyd edib.
Ərdoğan Cənubi Qafqazla bağlı mövqelərinin son dərəcə aydın olduğunu vurğulayıb.
"Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik", – Türkiyə Prezidenti əlavə edib.
20:38 22.09.2026
Oxunuş sayı: 41