Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
Crossmedia.az xəbər verir ki,bu barədə mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, 95 yaşlı veteran diktor sentyabrın 18-da müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, uzun illər Azərbaycan Radiosunda çalışmış Sevda Saleh sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi.
20:34 18.09.2026
Oxunuş sayı: 45