Azərbaycan Elm Fondunun 2026-cı il üzrə qrant müsabiqələrinin yekunları AÇIQLANIB
Azərbaycan Elm Fondu tərəfindən 2026-cı ildə keçirilmiş “Əsas Qrant Müsabiqəsi – 2026” və “Gənc alim və tədqiqatçıların 10-cu qrant müsabiqəsi”nin nəticələri müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, müsabiqələr çərçivəsində təqdim olunmuş layihələrin qiymətləndirilməsi Fondun daimi və müstəqil elmi ekspertləri tərəfindən beynəlxalq təcrübədə qəbul edilmiş “peer-review” və “merit review” prinsipləri əsasında həyata keçirilib.
“Əsas Qrant Müsabiqəsi – 2026” üzrə ümumilikdə 192 layihə təqdim olunub. Elmi ekspertizanın nəticələrinə əsasən Azərbaycan Elm Fondunun Müşahidə Şurasının qərarı ilə 22 layihə müsabiqənin qalibi elan edilib.
“Gənc alim və tədqiqatçıların 10-cu qrant müsabiqəsi” üzrə isə 38 layihə təqdim olunub. Ekspertizanın nəticələrinə əsasən Azərbaycan Elm Fondunun Müşahidə Şurasının qərarı ilə 2 layihə müsabiqənin qalibi elan edilib.
Beləliklə, 2026-cı il üzrə keçirilmiş hər iki qrant müsabiqəsi çərçivəsində ümumilikdə 230 layihə təqdim olunmuş, onlardan 24 layihə maliyyələşdirilmək üçün qalib seçilmişdir.
Azərbaycan Elm Fondu qalib layihələrin rəhbərlərini və tədqiqat qruplarını təbrik edir, onlara elmi fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayır.
Qalib layihələrin siyahıları ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
• “Əsas Qrant Müsabiqəsi – 2026” üzrə qalib layihələr
https://aef.gov.az/upload/Files/aef-esas-2026-qalib-layihelerin-siyahisi.pdf
• “Gənc alim və tədqiqatçıların 10-cu qrant müsabiqəsi” üzrə qalib layihələr
https://aef.gov.az/upload/Files/aef-gat-10-qalib-layihelerin-siyahisi.pdf
15:30 17.09.2026
Oxunuş sayı: 46