Ərdoğandan İran müharibəsi ilə bağlı sərt mesaj
İranla başlayan müharibənin yaratdığı yükü yalnız İran xalqı və Körfəz ölkələri deyil, bütün region ödəyir.
Crossmedia.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
Ərdoğan müharibənin İsrailin təxribatları və manipulyasiyaları nəticəsində başladığını bildirib. Onun sözlərinə görə, münaqişədə birbaşa iştirak edib-etməməsindən asılı olmayaraq, regiondakı bütün ölkələr müharibənin nəticələri ilə üzləşir
Türkiyə prezidenti İsrailin yalan və təxribat xarakterli fəaliyyətlərinin region üçün zəruri fasilə yaradan İslamabad razılaşmasını yenidən pozduğunu deyib.
Ərdoğan qeyd edib ki, sülhün bərqərar olması üçün ən kiçik imkanı belə özünə təhlükə hesab edən radikal yanaşma dəyişməyənədək regiondakı böhranlar səngiməyəcək.
19:44 07.09.2026
Oxunuş sayı: 45