Vaydel Almaniya üçün yeni kurs elan etdi
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel ölkənin xarici siyasətdə ilk növbədə öz milli maraqlarını müdafiə etməli olduğunu deyib.
Crossmedia.az xəbər verir ki, Alisa Vaydel Saksoniya-Anhalt seçkilərinin nəticələrindən sonra bu barədə açıqlama verib.
Vaydel bildirib ki, Fridrix Mertsin Almaniya kansleri postunda hakimiyyətdə qalacağı müddət artıq məhduddur.
Onun sözlərinə görə, AfD hakimiyyətə gələrsə, lazımsız xərclər azaldılacaq, sərhədlər bağlanacaq və ölkəni tərk etməli olan şəxslərin, o cümlədən cinayətkarların deportasiyası həyata keçiriləcək.
Vaydel vurğulayıb ki, AfD üçün əsas prioritet Ukrayna və ya başqa ölkələrin deyil, Almaniyanın maraqları olacaq.
17:38 07.09.2026
Oxunuş sayı: 54