Tramp üçtərəfli danışıqların keçiriləcəyini gözləyir
Ağ Ev rəhbəri Donald Tramp ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların yaxın vaxtlarda keçirilə biləcəyini gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp “Fox” telekanalına müsahibəsində danışıb.
O, üç ölkənin iştirakı ilə danışıqların tezliklə baş tutacağına ümid etdiyini qeyd edib.
21:58 25.10.2026
Oxunuş sayı: 63