Putin: Xarici şirkətlər Rusiya bazarını tərk edərkən ağlayırdılar
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin təzyiqi ilə Rusiya bazarından çıxan xarici şirkətlərin vəziyyətindən danışıb. O bildirib ki, Rusiya ölkədə fəaliyyətini davam etdirən xarici şirkətlər üçün əlverişli şərait yaradır.
Crossmedia.az xəbər verir ki, Putin çıxışında Avropa ilə Rusiya arasındakı iqtisadi münasibətlərə, Avropa İttifaqının siyasətinə və miqrasiya böhranına da toxunub.
Onun sözlərinə görə, Avropa İttifaqı miqrantlara öz dəyərlərini aşılaya bilməyib, eyni zamanda öz daxilində həmin dəyərləri dağıdıb.
21:37 25.10.2026
Oxunuş sayı: 56