Fransanın ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen gələn ilin yazında keçiriləcək prezident seçkiləri öncəsi namizədliyini irəli sürməyə hazırlaşır. Bu addım ölkədə siyasi parçalanma fonunda keçirilən növbəti etiraz aksiyalarından sonra atılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Nəşrin Avropa üzrə müxbiri Alistair Bunkall Fransa Prezidenti Emmanuel Makronun siyasi təsirinin zəiflədiyini və təşəbbüsü ələ almaq imkanlarının azaldığını bildirib. 2017-ci ildə hakimiyyətə gələn Makron Fransada ifrat sağçı qüvvələrin təsirini azaltmağı vəd etsə də, sonrakı illərdə Marin Le Pen, onun rəhbərlik etdiyi Milli Birlik Partiyası və Jordan Bardellanın siyasi mövqeləri güclənib.
Hazırda Le Pen və Bardella qarşıdan gələn prezident seçkilərində qələbə qazanmaq və ölkənin siyasi rəhbərliyinə gəlmək məqsədilə mübarizəyə hazırlaşırlar.