Qara dəniz dünyada ən təhlükəli dəniz marşrutuna çevrilib
Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumlar artıb, cari il ərzində 40 dənizçi həlak olub, 570-dən çox gəmi isə hücumlara məruz qalıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşri bu barədə məlumat yayıb.
Gəmi sahibləri və dənizçilik təşkilatlarının nümayəndələrinin sözlərinə görə, taxıl və Rusiya neftinin daşınması üçün mühüm əhəmiyyət daşıyan Qara dənizdə gəmiçilik Yaxın Şərqlə müqayisədə daha riskli vəziyyətə düşüb. Gəmilər pilotsuz uçuş aparatları, raketlər və partlayıcılarla təchiz edilmiş katerlərin hücumları ilə üzləşirlər.
Ukrayna Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının sədri Oleq Qriqoryukun sözlərinə görə, Qara dənizdə üzmək və Ukrayna limanlarına daxil olmaq dənizçilərin həyatını ciddi təhlükə altına qoyur.
18:39 25.10.2026
Oxunuş sayı: 54