Azərbaycan Premyer Liqasının IX turunda daha bir görüş baş tutub
Misli Premyer Liqasının IX turunda daha bir görüş baş tutub.
Crossmedia.az xəbər verir ki, "İmişli" "Şamaxı"nı qəbul edib.
Yevlax şəhər stadionunda keçirilən görüş "İmişli"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Dioqo Almeyda (17) və Seyxan Fərəcov (90+2-p.) fərqlənib. "Şamaxı"nın yeganə qolunu isə 65-ci dəqiqədə Abdullahi Şuaybu rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən "İmişli" turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Şamaxı" isə 13 xalla 7-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.
17:02 25.10.2026
Oxunuş sayı: 45